Böyükağa Hacıyev istefa verəcək

img

24-07-2013 [14:42]


empionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Skenderbeu" klubuna 0:1 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb. 


Mia.az "Azerisport.com"a istinadən xəbər verir ki, B.Hacıyev Bakıya qayıtdıqdan sonra istefa verəcəyini açıqlayıb:

"Çempionlar Liqasının oyunlarında belə zəif hakimlik olmamalıdır. Bir epizodda Cavid İmamverdiyevi vurdular, amma hakim penalti nöqtəsini göstərmədi. lbaniya çempionuna da demək istəyirəm ki, siz hakimin sayəsində bizi məğlub etdiniz. Növbəti mərhələdə nə edəcəksiniz? Yalnız Bakıya qayıtdıqdan sonra istefa verəcəyəm".

Qeyd edək ki, "Skenderbeu" klubuna 0:1 hesabı ilə məğlub olan "Neftçi" turnirdə mübarizəni erkən dayandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA