23-07-2013 [21:26]
Jurnalistlərə verilən mənzillər arasında sosial şəbəkələr də, media da müzakirələr səngimək bilmir. Əksinə, proseslər artan xətt üzrə davam edir. "APA-Holdinq”in rəhbəri Vüsalə Mahırqızı əməkdaşlarından birinin adı mənzil alanların siyahısında olmadığı üçün çox kövrəlib.
APA-nın redaktoru Cavid İsmayıl (Cabbaroğlu) "Facebook” səhifəsində bu barədə yazıb. "Həsən bəy Zərdabi 138 il əvvəl Azərbaycan milli mətbuatının təməlini qoyanda bu işdən para qazanmağı qarşısına məqsəd qoymamışdı. Bu işdən pul qazanmağın mümkünlüyü millət fədaisinin ağlına da gəlməmişdi bəlkə. O zaman jurnalistlərin dövlət hesabına evlə təmin olunacağını yuxuda görə bilməsi belə mümkün deyildi. Yuxuda görmədiyi üçün də evi olan adamların evsiz olanların haqqını tapdamasını görsəydi, heyrətdən iflic olardı yəqin. Bu cür fədakar insanlar gözü-könlü tox olduqlarından hər şeydə yaxşılıq axtararlar, pisliklə işləri olmaz. Elə mən də bu bayram günündə pis notlarla dolu status yazmaq fikrində deyiləm. Sizə başqasının haqqını yeyənlərdən yox, başqalarının haqqı uğrunda çalışan və hətta öz haqqına da utanaraq sahib çıxan yaxşılardan danışmaq istəyirəm. Onlardan biri jurnalistlərin binasından mənzil almaq üçün müraciət etmiş əməkdaşına bəd xəbəri çatdırmaq riskini öz üzərinə götürdü. Özünü toparlayıb xəbəri çatdırdı və sonra da kabinetinə girib hönkürtü ilə ağlamağa başladı. O, Vüsalə Mahirqızı idi. Digəri yaşı 50-ni ötsə də, atasının evində yaşayırdı. Uşaqları artıq evlənmək yaşına çatsa da, o, hələ də özünə ev ala bilməmişdi. Vüsalə xanım onun namizədliyini irəli sürəndən sonra dəfələrlə xahiş etdi ki, mən bir neçə nəfərin evsiz olduğu kollektivin üzünə baxa bilmərəm, mənim namizədliyimi geri götürün. Öz xahişləri yerinə yetməyəndə APA-nın rəhbərliyinə daxil olan şəxsləri Vüsalə Mahirqızına "elçi” saldı. Təbii ki, xahişləri qəbul olunmadı. Çünki burada kimsənin haqqını yemirlər. O da Vesti.az-ın rəhbəri Araz Zeynalov idi... "APA-Holdinq” bu sınaqdan üzüağ çıxdı. Mən bu kollektivdə işləməyimlə qürur duydum. Əməkdaşlarımızı, eləcə də haqqı və ehtiyacı olaraq ev alan bütün jurnalistəri təbrik edirəm”.
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib