Müstəqil İnformasiya Agentliyi təltif edildi

img

20-07-2013 [14:01]


Bir qrup media nümayəndəsi "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təsis edilməsinin birinci ildönümü münasibətilə mükafatlandırılıb. 

Tədbirdə ittifaqın sədri, Milli Məclisin deputatı Fuad Muradov qurumun bir il ərzində gördüyü işlərdən, mətbuatla səmərəli əməkdaşlığından söz açıb. Deputat bildirib ki, böyük ziyalı və maarifçi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi "Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bütün zamanlarda həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri və dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit edilib, senzura ləğv olunub. F.Muradov eyni zamanda, prezident İlham Əliyevin mətbuata diqqət və qayğı ilə yanaşmasını da xüsusi vurğulayıb.

Daha sonra bir sıra media qurumları "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəxri diplomu ilə mükafatlandırılıb. Təltif edilən KİV-lər sırasında Müstəqil İnformasiya Agentliyi də var.

Digər xəbərlər
SON XƏBƏRLƏR