Daha bir jurnalist azadlığa çıxdı, Naxçıvanın deputatı isə hələ də “axtarılır”

img

19-07-2013 [14:15]


Bu gün daha bir jurnalist azadlığa çıxdı.  Binəqədi Rayon Məhkəməsinin qərarı ilə bir vaxtlar həftəlik qəzet kimi fəaliyyət göstərən "Lider-Media" qəzetinin həbsdə olan jurnalisti Nizami Hacıyev vaxtından əvvəl azadlığa buraxılıb.

 Xatırladaq ki, sözügedən jurnalist bir sıra tanınmış KİV-lərdə çalışıb. Onun həbsi Əhmədli qəsəbəsində yerləşən "Ülvi" kafesi ətrafında baş verən hadisələrlə bağlı olub. Həmin ziddiyyətli cinayət işində bir neçə vəzifəli şəxsin, millət vəkillərinin, jurnalistlərin  adları hallanırdı. Maraqlıdır ki, bu cinayət işində məhkəmənin qərarı ilə təşkilatçı kimi tanınan Naxçıvan Muxtar Respublikasının sabiq deputatı Hacı İbrahim Cəfərovun barəsində axtarış olsa da, o, hələ də məsuliyyətə cəlb edilməyib. Onun hazırda Naxçıvan MR-də sərbəst şəkildə yaşadığı bildirilir.

 Cinayət işinə görə həbs edilən digər şəxs əslən Şərurdan olan tanınmış iş adamı Hacı Novruz isə təxminən 2 ay öncə 11 saylı "zon"da dünyasını dəyişdı. Nizami Hacıyev 2002-ci ildən həbsdədir. O, elan olunmuş ittihamları qəbul etməyib, sonacan şərləndiyini deyib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib. Nizami Hacıyev həbsində siyasi hakimiyyətin deyil , bəzi məmurların əlinin olduğunu öz şikayətlərində qeyd edirdi. İxtisasca şərqşunas olan Nizami Hacıyev ailəlidir, himayəsində iki azyaşlı övladı var.

O, 4 dildə sərbəst danışır. Nizami Hacıyev ƏN Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəsissəsində saxlanılırdı. Hazırda onun azadlığa buraxılması istiqamətində hazırlıq işləri aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR