Nazpəri Dostəliyevanın qaçması xəbəri yayıldı

img

18-07-2013 [18:58]



Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında yaşanan qalmaqal səngimək bilmir. Növbəti xəbər deyəsən, bu qalmaqalı daha da böyüdəcək. Belə ki, İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin publika.az-a verdiyi məlumata görə, Xalq artisti Nazpəri Dostəliyeva bilet alaraq Azərbaycanı tərk edib. Onun dediyinə görə, məqsəd də 50 min manat cəriməni ödəməkdən yayınmaqdır. Xəbəri dəqiqləşdirmək üçün Nazpəri Dostəliyeva ilə əlaqə saxladıq:

"Canım nə xaric, nə başqa ölkə, mən Azərbaycandayam. Heç yana da getmək fikrim yoxdur. Bu İlhamənin növbəti şantaj xarakterli xəbərlərindən biridir. Adam öldürmüşəm bəyəm, xaricə qaçım? Oturmuşam evimdə, ailəmlə bir yerdə orucumuzu tutub, iftarımızı açırıq. Bu qadının əlindən boğaza yığılmışıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA