İftar zamanı 2.5 kiloqram ət yeyən Bülənt Ərsoy bu dəfə çantası ilə şok yaratdı

img

18-07-2013 [18:53]



İstanbul şəhərinin Etilər məhəlləsində "Kanal D"-nin açdığı iftar süfrəsinə tanınmış sənətçilər də dəvət ediliblər. Bir xeyli əyləncəli keçən iftar süfrəsinə başda Bülənt Ərsoy olmaqla, Davud Güloğlu, Sinan Özün, Tuğba Əkinçi və bir çox sənət adamları qatılıblar.

Daha əvvəl getdiyi bir iftar süfrəsində 2.5 kiloqram ət yeyən Bülənt Ərsoy yenidən diqqəti öz üzərinə çəkib. Müğənni bu dəfə çantası ilə məclis iştirakçılarını təəccübləndirib. Dostlarından birinin onun əl çantasını açmasından sonra məlum olub ki, çanta pul ilə doludur. Bundan sonra Bülənt xanım, pulların bir hissəsini oradakı dostlarına paylayıb. (milliyet.com.tr)


Digər xəbərlər
SON XƏBƏRLƏR