“Deputat vəsiqəsi necə girov qoyula bilər axı?" - Hüquqşünas rəyi

img

20-09-2019 [14:26]


"Deputat vəsiqəsi necə girov qoyula bilər axı? Bu mülkiyyət sənədi deyil ki. Mülkiyyət hüququ verən sənədi girov qoymaq olar. Deputat vəsiqəsi girovun predmeti ola bilməz”. 

Mia.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib. 

O, həmçinin qeyd edib ki, deputatın qüvvədə olan vəsiqəsi onun üzərində olmalıdır: 
 
"O, özünü təqdim etmək üçün bu vəsiqədən istifadə edir. Ona görə inanmıram ki, hansısa deputat vəsiqəsini girov qoysun. Belə hal baş veribsə, bu, artıq etik məsələdir. Yəni hər hansı hüquqi məsuliyyət yoxdur”.

Xatırladaq ki, deputat Rəfael Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaş aldığı 300 min ABŞ dolları borca görə III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Təranə Fətəliyeva "Yeni Sabah”a deyib ki, vəsiqənin biri onda,  digəri isə rəfiqəsindədir. Deputat vəsiqələri zəmanət kimi qoyub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA