Azərbaycanda Aİ-nin havanın keyfiyyətinin monitorinqi layihəsi başa çatıb

img

18-09-2019 [17:57]


Azərbaycanda Avropa İttifaqının (Aİ) havanın keyfiyyətinin monitorinqi ilə bağlı üçillik tvinninq layihəsi başa çatıb.

Aİ-nin Mətbuat xidməti xəbər verir ki, Finlandiya Meteorologiya İnstitutu Ai-nin havanın keyfiyyətinin monitorinqi sistemlərinin modernləşdirilməsi, yeni havanın keyfiyyətinə nəzarət stansiyalarının alınması və işçi heyətinin hazırlanması layihəsinə rəhbərlik edib.

Layihənin benefisiarı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi olub. Layihədə həmçinin Avstriya Ətraf Mühit Agentliyi və Latviya Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzi də iştirak edib.

Layihənin büdcəsi 1,4 milyon avro təşkil edib.

Layihə çərçivəsində Azərbaycanda havanın keyfiyyətinin monitorinqi sistemlərinin modernləşdirilməsi üçün ətraflı plan hazırlanıb. Planın icrasına layihənin həyata keçirilməsi zaman başlanılıb və 2019-2020-ci illərdə beş yeni hava keyfiyyətinə nəzarət stansiyası alınacaq. Gələcək planlara 25 yeni stansiyanın alınması da daxildir.

Bundan əlavə, Azərbaycanda Finlandiyanın "Vaisala" şirkətinin havanın keyfiyyətini ölçən sensor-qurğu da quraşdırılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA