Deputat internetin nəzarətə alınmasını istəyir

img

17-09-2019 [14:03]


"Qanunla nəzarət edə bilmədiyimiz ayrı şəbəkə - internet var. İntenetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır”. 

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rafael Hüseynov deyib.

O qeyd edib ki, intenet vasitəsilə cəmiyyətə böyük faydalar vermək olar: "Digər tərəfdən onun təhlükəsi də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA