"Fövqəladə Hallar Nazirliyindəki işimdən məmnunam" - Elçibəyin oğlu

img

16-09-2019 [12:10]


"Artıq neçə ildir ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. İşimdən də məmnunam. Bu müddət ərzində hələ ki heç bir problemlə rastlaşmamışam. Ümid edirəm ki, belə də davam edər”.

Mia.az xəbər verir ki, bu fikirləri Modern.az-a mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev işdən ayrılması barədə gəzən söhbətlərə aydınlıq gətirərkən deyib.

Ərturqut Əliyev şəxsi həyatı haqqında geniş danışmaq istəmədiyini də bildirib:

"Hələ ki ailə qurmaq, toy etmək barədə düşünmürəm. Belə bir şey olarsa, hamı kimi sizin də xəbəriniz olacaq. Ona görə də şəxsi məsələlər barədə geniş danışmaq fikrim yoxdur”.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA