Həbsdən çıxan aparat rəhbəri danışdı: "Restoran işlədirəm, həyat yoldaşım da aşbazların başında durur"

img

14-09-2019 [00:20]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. 

O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus "Məlhəm” restoranını işlədir: "Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: "Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.

Xatırladaq ki, V.Zeynalov məhkəməsində onu vəzifəyə təyin edən Əli Abbbasov, o cümlədən nazir müavini İltimas Məmmədovu da talançılqıda ittiham edərək, onların azadlıqda qalmasına etiraz edirdi. Bildirirdi ki, təkcə İltimas Məmmədovun şəxsi evinin tikintisi üçün nazirlikdən eyri-rəsmi olaraq 1.5 (Bir milyon 500 min manat) milyon manat pul verilmişdi. Maraqlıdır ki, o vaxt nə Əli Abbasov, nə də İltimas Məmmədov bu ittihamlara cavab vermədilər. 

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA