10-09-2019 [19:00]
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində səfərdə olan Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, Energetika nazirinin Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol ilə görüşündə qlobal neft bazarında hazırki vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
P.Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib. Fatih Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.
Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər isə Çinin Milli Enerji Administrasiyasının vitse-prezidenti Lin Shanqing ilə görüşdə müzakirə edilib. Bu ilin aprelində "Kəmər və Yol" ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində dövlət başçısının Çinə səfərinin və imzalanan sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də enerji sektorunda əlaqələrin genişlənməsi üçün yaratdığı imkanları xatırladıb. Nazir Çin şirkətlərini bərpa olunan enerji sahəsində fəal iştiraka dəvət edib.
Nazir Dünya Neft Şurasının prezidenti Tor Fyeranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Tor Fyeran 24-cü Dünya Neft Konqesinə ev sahibliyi etmək üçün keçirilmiş səsvermədə Azərbaycanın yüksək nəticə göstərdiyini vurğulayıb və ölkəmizlə qurum çərçivəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı təklifləflərini diqqətə çatdırıb. Cari və növbəti illərdə Dünya Neft Şurasının müxtəlif tədbirlərində Azərbaycanın təmsil olunması, Tor Fyeranın ölkəmizə gözlənilən səfəri, eləcə də neft-kimya və neft emalı sahəsində inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.
Monqolustanın Energetika naziri Çerenpil Davasurenlə görüşdə isə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, eləcə də Monqolustan tələbələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almaları ilə bağlı məsələlər müzakirə edilib. "Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğu bildirilib. Həmçinin Monqolustanın neft sektorunun inkişafında Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib.
Səfər çərçivəsində həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui, Dünya Enerji Şurasının həmsədri Jean Marie Dauger, Hindistanın Neft və Qaz naziri Dharmendra Pradhan ilə də görüşlər keçirilib və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR