Rəsmi Bakıdan Cəmmu və Kəşmirdə baş verənlərə - Reaksiya

img

15-08-2019 [18:00]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar mövqeyini açıqlayıb.

Mia.az-ın xəbərinə görə, KİV nümayəndələrinin sualının cavablandıran XİN-in Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır:

"Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA