"İcra başçısı fərsiz, "Azərişıq" və "Azəriqaz" rəhbərliyi isə oğrudur" - Rauf Arifoğlu niyə qəzəbləndi?

img

06-08-2019 [12:03]


"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "Azərişıq" və "Azəriqaz" rəhbərliyi ilə yanaşı, Tovuzun icra başçısını aşağılayıb.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

Bildirib ki, hazırda doğulduğu Tovuz rayonundakı kəndindədir: "İl mərasimimiz var. Amma Tovuzun Yuxarı Öysüzlü kəndində nə qaz var, nə də işıq. Sanki buralar fəlakət bölgəsidi. Müvafiq qurumların hamısına da müraciət etmişik. 10 saatdır!!!! Nəticə yoxdur ki, yoxdur. Bir az külək əsibmiş…

Oğru və yaramaz "Azərişıq və "Azəriqaz" rəhbərliyinin əmvatını tez tez yad edir, camaat. O cümlədən də Tovuzun fərsiz yeni başçısının. 

Milyardlarla pulu yeyib, üstündən də su içib, camaatın əsəbləri ilə oynayırlar. Bunlardır ölkənin və iqtidarın düşmənləri, ”radikal müxalifəti”. Dövlətə etimadsızlıq yaradır, camaatı üsyana sürükləyirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA