"Nökərləri Sərdar bəyi..." - Fazil Mustafa partiya sədrinə elə cavab verdi ki...

img

05-08-2019 [16:46]


"Məlumat aldım ki, özünü Nobel mükafatına namizəd elan etmiş, Qurandan 30 cildlik təfsir yazdığını iddia edən dahi həmvətənimiz zati-aliləri hörmətli Sərdar Cəlaloğlu barəmdə ölkə prezidentinə, ədliyyə nazirinə və Milli Məclisə şikayət dolu məktub yazacaq".

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu müraciətin ünvanları onu həqiqətən sevindirdi: "Çünki bu, bəndənizlə elmi diskussiya aparmağa qabiliyyəti çatmayan hər kəs üçün tək və alternativsiz yoldur. Bir də sevindim ki, bir Azərbaycan vətəndaşı olaraq Azərbaycanı din pərdəsi altında gözləyən təhlükələr barədə fikirlərimi çatdırmağa daha münbit imkan yarana bilər. Təbii ki, hörmətli Sərdar bəyə veriləcək cavabı da indidən proqnozlaşdırmaq da mümkündür: Bu kimi mövzularda müraciətlər konkret məhkəmə instansiyasına yönəlməlidir. Çünki burada ağır ittihamdan-təriqətlərarası münasibətləri pozmaqdan söhbət gedir və özünü Nobel mükafatına namizəd elan edən şəxsin belə bir hüquqi savadsızlığa yol verməsi təəccüblüdür. Əlbəttə, hörmətli Sərdar bəyin bu müraciəti poçt qutusuna salınan kimi bəndəniz də öz adekvat addımını atacaq".

Deputat qeyd edib ki, addımı bir qədər fərqli olacaq: 

"Əvvəla bəndəniz də məktub yazacaq, lakin bu şikayət məktubu deyil, tövsiyyə məktubu olacaqdır. Həm də bu məktub üç ünvana deyil, cəmi bir ünvana göndəriləcək. Bu ünvan qonşu İran dövlətinin dini lideri hörmətli Xameneyi cənabları olcaqdır. Zati-alilərinə tövsiyə edəcəyəm ki, nökərləri (burada nökər sözünü haşa təhqir mənasında işlətmirəm, İranda ağanı qəbul edən hər kəs özünə nökər deyibən müraciət edir) Sərdar bəyi mövzu üzrə yenidən təlimatlandırmaq və bilgiləndirmək üçün Tehrana dəvət etsinlər və elmi diskussiyalar aparmaq üçün təkrar hazırlasınlar. Ümid edirəm ki, bu tövsiyəmizə anlayışla yanaşılacaq və iki qonşu ölkə arasında səmimi dostluq münasibətlərinə bu addımın böyük töfhəsi olacaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA