Müsavat fəalı azadlığa çıxdı

img

05-08-2019 [16:07]


Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musavat Partiyasının üzvü Azad Həsənov məhkəmə zalından azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə vəkili Osman Kazımov çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hökmə əsasən Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən həftə müsavatçılar Azad Həsənovla bağlı şəhəırin mərkəzində aksiya keçirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA