Azərbaycan artilleriyaçıları silah və hərbi texnikaya baxış keçiriblər

img

02-08-2019 [16:33]


"Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxstanda keçiriləcək "Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, ilah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.

Müsabiqə avqustun 17-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA