DSX: Azərbaycan-Ermənistan sərhədində yaralanan əsgər əməliyyat olunub

img

02-08-2019 [15:04]


İyulin 31-də Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qul­luqçu üzərində avqust ayının 1-də aparıl­an cərrahiyyə əmə­liy­yatı uğurla başa çatıb.  

Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çəkib, cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub. 

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətən­pərvərlik və düş­mə­nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə­cəyinə onları əmin edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA