"Əgər elə bir söhbət olubsa..." - Lalə Şövkətlə bağlı iddialara Əvəz Temirxandan reaksiya

img

24-07-2019 [10:58]


Azərbaycan Liberal Partiyası (ALP) Avropada yaşayan hüquq müdafiəçisi Leyla Yunusun Lalə Şövkətlə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Mia.az xəbər verir ki, ALP sədri Əvəz Temirxan Modern.az saytına açıqlamasında deyib ki, o, partiyanın lideri Lalə Şövkətin belə müsahibəsinə rast gəlməyib.

"Lalə xanımla 28 ildir ki, bir yerdə çalışıram. Əgər elə bir söhbət olubsa, o zaman Leyla Yunus həmin müsahibənin getdiyi qəzeti,  nömrəsini tarixini göstərməli idi”-deyə Ə.Temirxan söyləyib.

Partiya sədri bildirib ki, Leyla Yunusun Lalə Şövkətə istinad etməsi belə, fikirlərinin doğruluğunu sübut etmir.

Qeyd edək ki, Leyla Yunusun Sevinc Osmanqızına verdiyi müsahibə qalmaqala səbəb olub. Belə ki, onun mərhum eks prezident Əbülfəz Elçibəyi KQB "agenti” adlandırması birmənalı qarşılanmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA