Baş nazir İqtisadiyyat Nazirliyi ilə bağlı qərar verdi

img

20-07-2019 [23:27]


Nazirlər Kabineti "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 23 may tarixli qərarda dəyişiklik edib.

Bununla bağlı qərarı Novruz Məmmədov imzalayıb. 

Qərara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Kollegiyanın sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev təyin edilib.

Kollegiyanın üzvləri iqtisadiyyat nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru təyin ediliblər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA