19-07-2019 [16:02]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.
Baxış zamanı texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib. Habelə Qax rayonu, Qorağan kəndində yerləşən "Günəş MS” MMC-də istehsal edilmiş "H2O” və "Qax” əmtəə nişanlı suların üzərində minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində "mineral süfrə suyu” yazıldığı məlum olub.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb:
1. Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, fiziki şəxs Şıxlinski Fərid Zeynal oğluna məxsus "Dağ incisi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
2. Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, fiziki şəxs Yusifli Ülvi Zəfər oğluna məxsus "Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
3. Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Əli Sadiq İlqar oğluna məxsus "Sadiq” və "Qax" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
4. Qax rayonu Qorağan kəndində yerləşən hüquqi şəxs "Günəş MS” MMC-yə məxsus "Sevim”, "H2O” və "Qax” əmtəə nişanlı su istehsalı sexi
5. Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən fiziki şəxs Mustafayev Orxan Cahangir oğluna məxsus "Zirvə” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
6. Balakən rayonu Qullar kəndində yerləşən fiziki şəxs Papaxov Elman Fəxrəddin oğluna məxsus "Ləzzət” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR