16-07-2019 [19:12]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib.
Mia.az DTX-nə istinadla xəbər verir ki, tədbirdə Xidmətin rəisi, general-leytenant Əli Nağıyev və rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstəsi qoyulub. Akademiyanın akt zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Ə.Nağıyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə xidmətlərində müvəffəqiyyətlər arzulayaraq, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
Ə.Nağıyev ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsini bitirən gənc zabitlərin əldə etdikləri mühüm bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması uğrunda vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. O, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini şərəflə yerinə yetirmələrinin Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik mənafelərinin qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.
Azərbaycanda xüsusi xidmət orqanlarının ali təhsil müəssisəsinin yaradılması ideyasının ulu öndərə məxsus olduğunu qeyd edən general-leytenant Ə.Nağıyev bildirib ki, təhlükəsizlik orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və onların hazırlıq səviyyələrinin daim artırılması məsuliyyətli və prioritet vəzifədir.
DTX rəisi diqqətə çatdırıb ki, Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində də aparılan islahatlar, kadr potensialının müasir tələblər səviyyəsinə uyğunlaşdırılması təlim-tədrisin keyfiyyət göstəricilərini durmadan yüksəldir. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elmə və təhsilə hərtərəfli diqqət və qayğısı nəticəsində ölkədə gənclərin müasir bilikləri mənimsəmələri və kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılıb. DTX-nin Heydər Əliyev adına Akademiyası da bu sırada öncül yerlərdən birini tutur.
Qeyd edilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının bir əsrlik tarixinin ən şərəfli və yaddaqalan dövrü ulu öndərin adı ilə sıx bağlıdır. ümummilli liderin amallarına, miras qoyduğu ənənələrə daim sadiq olan DTX-nin şəxsi heyəti bu məktəbin layiqli davamçısı adını doğrultmaq üçün bütün gücünü səfərbər edib. Dövlətimizin başçısı tərəfindən bütün dövlət qurumlarına, o cümlədən DTX-yə xüsusi qayğı göstərilir. Qurumun maddi-texniki təminatı möhkəmləndirilir, şəxsi heyətin əməliyyat-döyüş hazırlığının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Ə.Nağıyev diqqətə çatdırıb ki, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, dayanıqlı iqtisadi tərəqqinin əsas təminatçısı olan sabitliyin və təhlükəsizliyin qorunmasında digər aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə yanaşı, DTX-nin də üzərinə böyük vəzifələr düşür: "Biz hamılıqla ulu öndərin bizə əmanət etdiyi, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə durmadan inkişaf edən və daha da qüdrətlənən Azərbaycan Respublikasına şərəflə xidmət etməli və dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq”.
Xidmət rəisi əminliklə bildirib ki, DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da vaxtında və qətiyyətlə yerinə yetirəcəkdir.
Ə.Nağıyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim edib. Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.
Məzunların valideynləri Akademiyada yaradılan hərtərəfli şəraitə, kursantlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, övladlarının Vətənin təhlükəsizliyinin etibarlı müdafiəçiləri sırasında xidmətə başlamalarından qürur duyduqlarını qeyd ediblər.
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI