Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
05-05-2024 [09:27]
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub.
Mia.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.
Bildirilib ki, konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.
Qeyd edilib ki, Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, klassik və caz musiqisi ilə bağlı təqdimatları, müxtəlif musiqi festivalları istedadların üzə çıxarılmasına təkan verib.
Heydər Əliyev Mərkəzində təqdim olunan konsert proqramında da məhz bu incəsənət və mədəniyyət xadimləri - Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi ifaçılar çıxış ediblər.
Konsert proqramı Heydər Əliyev Fondunun fəaliyyəti, mədəniyyət sahəsində gördüyü işlərə dair videoçarxın nümayişi ilə başlayıb.
Daha sonra isə səhnə Fondun yaradıcılıqlarında iz qoyduğu mədəniyyət xadimləri - Aytən Məhərrəmova (xanəndə), Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Emin Cəbrayılov (nağara). Elvin Hoca Qəniyev (violin), Ənvər Sadıqov (qarmon), Fərhad Bədəlbəyli (piano), Fuad İbrahimov (dirijor), Güllü Muradova (xanəndə), İlham Nəzərov (bariton), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Mustafa Mehmandarov (dirijor), Sahib Paşazadə (tar), Samir Cəfərov (tenor), Şəhriyyar İmanov (tar), Səməd Eyvazlı (balet rəqqası), Təyyar Bayramov (xanəndə), Yalçın Adıgözəlov (dirijor) və digərlərinin ixtiyarına verilib.
Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri, xalq mahnılarımız səslənib. Hər bir ifa monitorda xüsusi görüntülərlə - Heydər Əliyev Fondunun 20 illik fəaliyyətini, müxtəlif sahələrdəki layihələri, o cümlədən ölkəmizin tanıdılmasına dair təşkil olunan tədbirləri, muğam müsabiqələri, festivalları əhatə edən videoçarxlarla müşayiət olunub.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliğ olunması xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondunun mədəniyyət sahəsinin inkişafına töhfələri danılmazdır və Fondun 20 illiyi münasibətilə keçirilən konsert həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı