Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
05-05-2024 [20:23]
"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər".
“The Guardian”ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində deyib.
Nəşr xatırladır ki, dünyanın əksər ölkələri Yay və Qış Olimpiya Oyunları zamanı atəşkəs barədə razılığa gəlirlər.
“Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”, - H.Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək: "Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər.
Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir”(Report).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail ordusu “Hizbullah”ın komandiri Aqilin öldüyünü təsdiqləyib
Ermənistan TŞ-nin katibi və ABŞ dövlət katibinin köməkçisinin müavini Bakı ilə İrəvan arasında sülh danışıqlarını müzakirə ediblər
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
İDARƏ RƏİSİ YENƏ MƏHKƏMƏYƏ GƏLMƏDİ - MN-də milyonluq mənimsəmə işi üzrə iclas keçirilib
Qocalar evində kuryoz olay: "Dedilər, bacın ölüb, tabutda meyitini verdilər, 3 ay sonra isə qəfil xəbər gəldi ki, sağdır"
Allahverdi Məmmədov Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
Naxçıvan Ali Məclisinə seçkilərin nəticələri təsdiqlənib
İnam Kərimov Bişkek şəhərində səfərdə olub - FOTOLAR
Hizbullah İsrailə 150 raket fırladıb - FOTO
İLHAM ƏLİYEV və OĞLU XANKƏNDİDƏ: açılışlar və universitetdə görüş oldu - FOTOLAR (Yenilənib)
Türkiyə İraqda daha 3 terrorçunu zərərsizləşdirib
Prezident onları təltif etdi - SİYAHI
Rektor pilləkən təmirinə 118 min manat xərc ayırıb
Şəhid Tərlan Rüstəmov dəfn olunub - FOTO
Peskov Kurskidə vəziyyətin tezlikə bərpa olunacağını deyir: "Heç kimin şübhəsi olmasın"
Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq
Məşhur müğənnidən nazirliyin sektor müdiri haqda şok açıqlama: "Mənzərxanım Xalq artistlərini sıraya düzüb, danlayır, qışqırırdı ki..."
İNTERNETDƏ MİLYONLUQ QUMAR OYUNLARI: kimlər qandallanıb? - VİDEO
Aİ Ukraynaya əlavə 35 milyard avro kredit verəcək - Rusiyanın aktivlərinin hesabına
Norveçli futbolçu İsrail komandasının transfer təklifini rədd edib: "Qanlı pul istəmirəm"
"Beşiktaş" Arda Turanın komandasına qarşı - Baş məşqçi hansı oyunçularla meydana çıxacaq?
Şəhidi Səfəralı Səfərov dəfn edilib
"Azercell" “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb - VİDEO
ABŞ: "İsrail və HƏMAS arasında atəşkəs mümkün görünmür"
Xəzər dənizinin sahil zolağını zəbt edən hasarlar sökülür - Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)
Ağ Evdən Tel-Əvivə dəstək mesajı: "İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır və..."
"Tuz Qəşəm"in yoxlaması, yoxsa.. - Nazir idarə rəisini niyə vəzifədən azad edib? (Açıqlama)
Sabah hava necə olacaq? - Proqnoz
Portuqaliyada milli matəm elan edib - Yanğına görə
Pakistanla Hindistan arasında 64 illik su anmlaşması... - Bölgədə "su savaş"ı güclənir
Prezidentdən gənclərə çağırış: "Heç kimin təsiri altına düşməyin"
Türkiyədə dağlıq bölgəyə qar yağıb
Şəhid Mübariz Məmmədov dəfn olunub
PKK terrorçusu Türkiyəyə təslim olub
Sudanda vəba: ölənlərin sayı 348-ə çatıb, yoluxma sayı süqrətlənib
Üç kollecə direktor təyin olunub - Onlar kimdir? (FOTO)