11-07-2019 [11:49]
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması haqda xəbərlər yayılıb.
Ümumiyyətlə, Ziya Məmmədov vəzifədə olarkən də özünün və ailə üzvlərinin ibadətlə məşğul olmaları xəbərləri vardı. Lakin mediada yayılan bu məlumatlara sabiq nazir uzun illər münasibət bildirməyib.
"Yeni Müsavat” Ziya Məmmədovla əlaqə saxlayaraq, ondan barəsində deyilənlərə münasibət öyrənib.
Mia.az sabiq nazirlə müsahibəni təqdim edir:
- Ziya müəllim, sizin ibadətlə məşğul olmağınız haqda məlumatlar yayılıb. Bu məlumatlar doğrudurmu?
- İbadət nədir? Mən mollayam, nəyəm? Sən müsəlmansan?
- Əlhəmdülillah, müsəlmanam.
- Mən də əlhəmdülillah deyirəm. Bitdi, qurtardı da. Sən ibadət nəyə deyirsən? İbadətlə məşğul olmaq günahdır? Məndən nə eşitmək istəyirsiz?
- Sizin kimi məşhur insanın barəsində istənilən informasiya maraqla qarşılanır. Həmçinin bu, bir təşviqdi. Misal üçün, insanlar biləndə ki, Ziya Məmmədov ibadətlə məşğuldu, xeyli adam ibadətə gələ bilər. Yaxşı bir prosesə səbəb olarsız.
- Mən yaranandan, ağlım kəsəndən Allahı tanıyıram, Allaha bəndəlik edirəm, Onu sevirəm, əməli-saleh olmağa çalışıram. İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm.
- Sizin babanızın şeyx olması haqda da xəbərlər var...
- Bəli, ola bilər. Hər bir müsəlmanın borcudur ki, ibadət etsin. İmanı olan insan namaz qılmalıdır.
- Xarici dövlətlərin rəhbərləri, nazirlər, baş nazirlər, hətta prezidentlər kilsələrə, məscidlərə gedir, ibadət edirlər. Azərbaycanda tanınan insanlar namaz qılanda isə sanki qıcıqla qarşılanır. Sizcə, səbəb nədir?
- Təəssüflər olsun ki, belədir. İslama qarşı dünyada həmişə təzyiqlər, təhdidlər olub. Bütün yeni dinlərə qarşı belə münasibət olub, xüsusən İslama qarşı da belədir. Öz dədə-baba adətlərini unutmayan insanlar, bəzən hakimiyyət üçün, bəzən başqa məqsədlər üçün İslamdan çəkinirlər. Bu gün dünyada islamafobiya var. Hansı ki, bu, Allahın əleyhinə çıxmaqdır. Bu, çox incə məsələdir. Bu gün Allaha ibadət etmək hər bir insanın, xüsusilə müsəlmanın borcudur.
İslam dininin daşıyıcısı olmağımızla hər birimiz fəxr etməliyik. Mən də fəxr edirəm. Bu həyat müvəqqətidir. Ölüm mütləqdir. Allah da xəbərdarlıq edir ki, Qiyamət günü mütləq gələcək, insan əməlinə görə sorğu-sual olunacaq, cənnət-cəhənnəm müəyyənləşəcək. Bu həyatın özü enişli-yoxuşlu yol olduğu üçün, əzablı, lənətlənmiş yol olduğu üçün çalışmaq lazımdır ki, o dünyada heç olmasa cənnəti qazanasan, günahlarını yuyasan. Bu dünyada hər birimiz günah işlədə bilirik. İstədik, istəmədik, günah edə bilirik. Çalışırıq ki, həmin o günahları tövbə edib Allah qarşısında təmizləyək.
- Allah elə bir mükəmməl sistem yaradıb ki, bəndəsinə günahdan təmizlənmək üçün fürsət verir.
- Ona görə Rəhman və Rəhim Allah deyilir. Allah böyükdür, rəhmi də tükənməzdir. Amma cəzası da böyük olar. Allah o cəzadan saxlasın bütün müsəlmanları, Azərbaycan xalqını.
- Tanınmışların məscidə getməsinə necə baxırsız? Özünüz məscidə gedirsinizmi?
- Bizim prezidentimiz cənab İlham Əliyev, 1-ci vitse-prezidentimiz Mehriban xanım bu siyasəti çox gözəl idarə edirlər. Dünyaya isbat edirlər ki, bizdə din azadlığı var, dözümlülük, tolerantlıq var bütün dinlərin daşıyıcılarına. Allah Qurani-Kərimdə buyurur ki, ey insanlar, dini azad buraxın. Dinə məcburiyyət yoxdur, kim hansı dini istəyir, qoy seçsin. Özünün fərdi işidir. Cənab prezident də, Mehriban xanım da bu siyasəti Azərbaycanda gözəl şəkildə tənzimləyirlər, həyata keçirirlər.
Cənab prezident də, Mehriban xanım da Kəbədə olublar, Kəbə qapılarından içəri keçiblər. Allahın izni olmasa, bu heç bir insana qismət olmaz.
Bəzi vəzifəli şəxslər özləri üçün bəzən nəyisə isbat etməyə çalışırlar. Amma əslində hesab edirəm ki, insanın daşıdığı dinə borcu ona xidmət etmək, Allaha səcdə etməkdən ibarətdir.
- Cümə günləri məscidlərə gedirsinizmi?
- Xeyr, getmirəm. Özüm özlüyümdə məşğulam dinlə, ibadətlə.
- Ailə üzvləriniz necə, məscidə gedirmi?
- Dediklərimin hamısını yazacaqsız?
- Əlbəttə.
- Mən xalqıma, dövlətimə həmişə sədaqətli olmuşam. Sədaqətimdən də geri dönən deyiləm. Azdan-çoxdan mənim insanlara münasibətim çoxlarına bəllidir. Gördüyüm işlər də çoxlarına bəllidir, görüblər, qiymətləndiriblər. Allah hamısından razı olsun. Sizlərə vətənə, millətə xidmətinizə görə uğurlar arzulayıram. Mən Heydər Əliyev ideyalarının daşıyıcısıyam, cənab prezidentin bu sahədə həyata keçirdiyi siyasətin icraçılarından olmuşam uzun illər. Bu siyasətdən, bu sədaqətdən geri dönməyən insanam. Mən əqidəmi dəyişməyən adamam. Bunu hamı bilsin.
- Yeni vəzifə təyinatlarına münasibətiniz də maraqlı olardı.
- Hamısına uğurlar arzulayır, təbrik edirəm. Səlahiyyət sahibi ölkə başçısıdır. Seçib təyin edibsə, hər kəsə uğurlar arzulayır, təbrik edirəm.
- Sizin yeni vəzifəyə təyinatınız gözlənilmir ki?
- Mən bu haqda düşünmürəm, vallah.
- İşləmək həvəsiniz yoxdur, yoxsa təklif gəlmir?
- Mən öz missiyamı yəqin ki, yerinə yetirmişəm. Allahın ayırdığı vaxtda mən həmişə ölkə başçısının əsgəri olmuşam. Şərt o deyil ki, vəzifə tutasan. Şərt odur ki, vətəninə, millətinə, dövlətinə hörmət və məhəbbət yaşadasan. Yeri gələndə də ədalət naminə öz sözünü deyəsən. Vətəndaş bu halda yaxşı vətəndaş olur. İndi mən də vətəndaşam, baxıram, görürəm. Oxuyuram, tanış oluram, müəyyən yerlərdə fikrimi söyləyirəm.
- Ucarda ata yurdunuzda yaşamağınız haqda xəbərlər də var. Bakıdan uzaqda yaşamağınız nə ilə əlaqədardır?
- Mən Azərbaycanda yaşayıram. Azərbaycanın Konstitusiyasına görə də Azərbaycan vətəndaşı ölkə ərazisində istədiyi yerdə yaşamaq hüququna malikdir. Salamat qalın.
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxsi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb