Prezident sabiq nazirlə bağlı sərəncam verdi

img

10-07-2019 [16:37]


Prezidet İlham Əliyev Dövlət Dəniz Akademiyasının rektoru, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a Heydər Əsədovun özü məlumat verib.

O, bu medala layiq görülməsilə ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür edib:

"Cənab Prezidentə təşəkkür edirəm. Çox sağ ol deyirəm ki, bizi diqqətdən kənarda qoymayıb. Bizim indiyədək yalnız bir amalımız olub, o da dövlətə, dövlətçilik ənənələrinə sadiqlikdir. Keçmiş fəaliyyətim də, indiki işim də yalnız güclü Azərbaycan üçündür. Bundan sonra da dəyişməz olaraq qalacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA