Azərbaycan XİN başçısının müavini Gürcüstana səfər edəcək

img

05-07-2019 [16:35]


Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Gürcüstana səfər edəcək.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani keçirdiyi brifinqdə bildirib.

Nazir deyib ki, M.Məmmədquliyev iyulun 11 və 12-də Batumi şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

D.Zalkaliani bildirib ki, konfransa Avropa Şurasının prezidenti Donald Tusk, Estoniyanın baş naziri Yuri Ratas, həmçinin Aİ-yə üzv və tərəfdaş ölkələri təmsil edən səkkiz xarici işlər naziri də qatılacaq.

Ali qonaqlar konfransda "Şərq tərəfdaşlığı” proqramını qiymətləndirəcək, həmçinin mövcud problemlər və 2020-ci il üçün gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA