Deputatlar təcili iclasa toplanır? - Milli Məclisdən yayılan xəbərə reaksiya

img

02-07-2019 [16:34]


Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı iyulun 2-də bəzi KİV-lərdə yayımlanan xəbərlərə münasibət bildirib.

A.Təvəkküloğlu iyulun 9-da və 12-də keçiriləcək plenar iclasların əvvəlcədən planlaşdırıldığını deyib: 

"Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. 

Növbəti iclaslar iyulun 9-u və 12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA