Azərbaycanlılar Kanadada “Azerbaijani Community of Ontario” adlı cəmiyyət yaratdı - FOTOLAR

img

15-06-2019 [11:43]


İyun 9-da Kanadanın Toronto şəhərində 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib.

450 nəfərdən artıq azərbaycanlının iştirakı ilə keçirilən tədbirdə  Kanadada yaşayan soydaşlarımız "Azerbaijani Community of Ontario” adlı yeni birlik yaradıldığını elan ediblər. 

Bu barədə Mia.az-a Torontoda yaşayan soydaşlarımız məlumat veriblər.

Bildirilib ki, yeni cəmiyyətin əsas məqsədi Kanadanın Ontario əyalətində yaşayan azərbaycanlılar arasında əlaqələndirmə və eləcə də mədəni irsin və dəyərlərin qorunması üçün tədbirlərin təşkil edilməsidir. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA