Müsavatda seçki: Gənclər təşkilatının yeni sədri və şura üzvləri seçildi

img

09-06-2019 [20:03]


Bu gün Müsavat Gənclər Təşkilatının VII konfransı keçirilib.

Mia.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılı, Divan üzvləri Gülağa Aslanlı, Razim Əmiraslanlı, başqanın müavini Fərəc Kərimli, MNTK üzvləri Nuru Xanlarov və Əli Həsənovun iştirak etdiyi konfransda əvvəlcə təşkilatın əvvəlki sədri Əbülfəz Sadlıqbəylinin və qurumun NTK-sının hesabatı dinlənilib.

Arif Hacılı ölkədəki ictimai-siyasi durumla əlaqədar çıxış edib, gənclərə tövsiyyələr verib.

Daha sonra təşkilatı məsələlərə baxılıb.

Elman Quliyev gizli səsvermə yolu ilə Müsavat Gənclər Təşkilatının sədri seçilib.

Qurumun Şura üzvlüyünə Əziz Məmiyev, Əşrəf Buludlu, Eldəniz Hüseynov, Araz İsmayıl, Kamal Hüseynov, Rüfət Malikəjdərli və Rüstəm İmamverdiyev, NTK üzvlüyünə isə Elşad Həsənzadə, Fərid Hüseynli və Ülvi Abdullayev seçiliblər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA