24-05-2019 [12:45]
Energetika Nazirliyində "Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”ndə Energetika Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin icrasının təmin edilməsi məqsədilə yaradılmış İşçi qrupunun iclası keçirilib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, İşçi qrupunun sədri, nazir müavini Elnur Soltanov Strateji Yol Xəritəsində Energetika Nazirliyinin 8 tədbir üzrə əsas icraçı qismində iştirak etdiyini, 2 tədbirin icrasının başa çatdığı və 6 tədbir üzrə isə müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, İşçi qrupunun yaradılmasında məqsəd strateji yol xəritəsində nazirlik üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrasını təmin etmək, problemləri müzakirə etmək və onları aradan qaldırmaq, eləcə də növbəti dövr üçün addımları müəyyən etməkdir.
İclasda neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair strateji yol xəritəsinin Tədbirlər Planının müvafiq bəndləri üzrə görülmüş işlərin nəticələri nəzərdən keçirilib. Kəşfiyyat işlərinə lisenziya verilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə mövcud normativ sənədlərin və qanunvericilik aktlarına dair təkliflərlə bağlı fikir mübadiləsi aparılıb. 2019-cu ildə icrası nəzərdə tutulmuş bəzi tədbirlərlə bağlı ətraflı qiymətləndirmə və təhlillərin aparılması üçün icra müddətinin uzadılması, milli iqtisadiyyatın hədəflərinə uyğun hasilat hədəflərinin müəyyən edilməsi, yanacaq bazarının tənzimlənməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, İşçi qrupuna İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Maliyyə nazirliklərinin, SOCAR, "SOCAR PETROLEUM” QSC, "SOCAR Polymer” MMC, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri daxildir.
Daha yeddi bələdiyyə sədri Ərdoğanın partiyasına qatılıb - Siyahı
Səbinə Əliyeva Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili ilə görüşüb
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Onlayn qumar şəbəkələri ifşa olundu - VİDEO
Kimya üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
Gəncədə məktəbli oğlan qətlə yetirilib
Aparıcı Rövşanə Ağasəfqızı yeni kanalda işə başlayıb
Tolik şikayət etdi - Tiktoker 10 sutkalıq həbs olundu
TDT-yə üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
Azərbaycanla Oman arasında Birbaşa İnvestisiya Fondu yaradıldı - Mikayıl Cabbarovdan açıqlama
Xanyurdu kəndinə növbəti köç olub
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
"Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq..." - Sərt açıqlamalar
DÇ-2026: millimizin oyununu norveçli hakim idarə edəcək
"Qalatasaray"ın futbolçusuna indidən 4 komanda "elçi düşüb" - 60 milyon avro şərti var
Əli Əsədov daha bir qərar imzalayıb
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov bu rayonla bağlı qərar imzalayıb
Super Liqada istefa - Bu dəfə Klub prezidenti postundan ayrılıb
Binəqədidə magistal yolda xəndək açıblar, qurumlar məsuliyyəti boyunlarından atır - Günahkar kimdir axı? (VİDEO)
General Raul Zeynalovun bir milyonu: necə ələ keçirilib? - Sensasion məlumat yayıldı
Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: "...bu, vəziyyəti daha da ağırlaşdırır" - FOTOLAR
Xorvatiya parlamentinin sədri Azərbaycanda - FOTOLAR
Ali Məhkəmədə iclas - Plenum qərarlarında dəyişiklik edilib
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Əmək müqavilələri artıq "mygov" platformasında imzalana bilinəcək
Məşhur rəssamın əsərləri satışa çıxarıldı - İctimai televiziyaya dəstək məqsədi ilə
Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Meyxanaçı Orxan Lökbatanlı 250 min manata maşın aldı - VİDEO
Qarabağdan sonrakı dövrün strateji problemləri…
Azərbaycan nefti cüzi ucuzlaşdı
Böyük Britaniya İsrailə rekord həddə silah satıb
Türkiyədə məşhur müğənni saxlanıldı - Narkotiklə...
ABŞ Suriyada "Əl-Qaidə" üzvünü öldürüb
Bu gün III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçiriləcək
Çempionlar Liqası: "Barselona" "Bavariya"nı 7 qolla darmadağın edib
Britaniyada rekord sayda evsiz ölüb - Aralarında uşaqlar da var
Fransada siyasi böhran dərinləşir - İki keçmiş Baş nazir də Makron istefaya çağırdı
Sabiq deputat həbs olundu - Ərdoğanın keçmiş silahdaşı idi
"Qalatasaray"ın hücumçusu ingilislərin "gözünə girdi" - 40 milyon avroluq təklif var