Nazir vergi islahatlarının mqəsədini açıqladı

img

16-05-2019 [23:54]


"Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas məqsədi beynəlxalq reytinq cədvəllərində ölkənin reytinqinin yüksəldilməsi deyil".

Bunu AZTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov deyib.

"Azərbaycanda bu islahatlar sistemli şəkildə aparılır. Məqsəd həm regional, həm də beynəlxalq səviyyədə sağlam rəqabətə davam gətirməklə ölkə iqtisadiyyatına sərmayələr cəlb etmək, yeni iş yerlərinin yaradılmasıdır. İlk öncə bunda maraqlıyıq. Amma hər halda islahatlar Dünya Bankının, Davos İqtisadi Forumunun müəyyən etdiyi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə müsbət təsir edir", - deyə nazir bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA