14-05-2019 [20:02]
"Bizim üçün ən ali medal paralimpiya medalıdır. Özümüzü "Tokio 2020" Yay Paralimpiya Oyunlarında göstərmək istəyirik".
Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov deyib.
MPK rəhbəri paracüdo üzrə Qran-pri turnirində medal qazana bilməyən 2 qat paralimpiya çempionu İlham Zəkiyevin çıxışı barədə də danışıb.
O, Zəkiyevin bürünc medal uğrunda görüşünün dramatik keçdiyini bildirib: "Onun bu turnirdə yarımfinala kimi irəliləməsi yaxşı haldır. Zəkiyevin əsas rəqibi Yaponiya təmsilçisi Kento Masakidir. O, bir neçə dəfə idmançımızı məğlub edib. Zəkiyev də ona qalib gəlib. Bu gün də paracüdoçumuz onu üstələdi. Yarımfinalda da yaxşı güləşdi. Amma alınmadı. Daha sonra isə üçüncü yer uğrunda görüşdə uduzdu. Həm də İlham Zəkiyevin sağlamlıq durumu yaxşı deyil. Müəyyən malicə alır, amma güllə yarasından olan fəsadları özünü büruzə verir. İlham Zəkiyev böyük idmançıdır. O, bu gün də bunu göstərdi. Axıra qədər döyüşdü".
Rəhimov Azərbaycanın turnirdə medal sayına görə lider olduğunu deyib: "11 medal çox böyük bir qələbədir. Bu qədər medalı heç bir ölkə qazanmayıb. Qızıl medalların sayına görə Özbəkistandan geridə qaldıq. Son görüşə kimi eyni sayda qızıl medal qazandıq. Son məqamda isə bizi üstələdilər. Gələn dəfə biz onları keçərik".
MPK prezidenti Azərbaycan paracüdoçularının "Tokio 2020" Yay Paralimpiya Oyunlarına qatıla bilmək şanslarından da söz açıb: "Hesab edirik ki, hər bir çəkidə idmançılarımızın paralimpiadada iştirak etmək şansı var. Düşünürəm ki, tam heyətlə orada iştirak edəcəyik. Amma digər idmançılara gəldikdə isə əvvəlki yarışdan daha çox idmançı ilə təmsil olunmaq istəyirik. 30 idmançı ilə təmsil olunacağımızı gözləyirəm. Bu isə bizim üçün rekord rəqəm olacaq".
Report
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR