Gürcüstan Patriarxlığından mübahisəli komplekslə bağlı daha bir açıqlama: "Prosesdə fəal iştirak edəcəyik"

img

07-05-2019 [11:12]


Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Patriarxlığında görüş keçirib.

Bunu Patriarxlığın Mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze deyib. 

Görüşdə Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub. Qeyd olunub ki, Gürcüstan Patriarxlığı məbəd kompleksi ilə bağlı məsələnin həllində fəal iştirak edəcək.

Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri vurğulanaraq bu münasibətlərdə gərginliyin yaradılması ilə bağlı cəhdlərin yolverilməz olduğu bildirilib. Tərəflər Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələnin tezliklə həll olunmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia da iştirak edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA