"Keşikçi Dağı" ilə bağlı məsələ həssas olduğundan biz buna ehtiyatla yanaşırıq" - Gürcüstan XİN

img

02-05-2019 [23:29]


"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ həssas olduğundan biz buna ehtiyatla yanaşırıq".

Bu barədə Gürcüstanın Xarici işlər naziri David Zalkaliani bildirib.

O, deyib ki, yaxın günlərdə Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya fəaliyyətini bərpa edəcək.

D.Zalkaliani qeyd edib ki, məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə daimi əlaqə saxlayır: "Biz Azərbaycan tərəfi ilə komissiyanın yenilənməsi ilə bağlı razılıq əldə etmişik".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA