"Elə etməyin, bu dəqiqə o ilanın..." - Rəqqasənin videosu yayıldı + VİDEO

img

02-05-2019 [15:40]


Xalq artisti, şoumen Murad Dadaşov oriyental rəqqasə Renkanın arxiv görüntülərini paylaşıb.

Şoumenin "İnstagram" hesabında paylaşdığı video 2015-ci ildə televiziya yarışmalarının birincə çəkilib.

Müsabiqənin jüri üzvü olan Dadaşov Renkanın (Rəna Ağamuradova) çıxışını heyranlıqla izləyir və rəqqasənin çıxışı bitdikdən sonra heyranlığını bu sözlərlə ifadə edir:

"Elə etməyin, bu dəqiqə o ilanın yerində bəlkə yüzminlərlə insan olmaq istəyər. Mən hə deyirəm. Rəna çox gözəl qızdır, rəqsi də çox gözəldir. İlanla bərabər gözəl bir sintez yaratdı. Sağ olsun!"

M.Dadaşovun izləyiciləri Renkanın tanınmaz dərəcədə çox dəyişdiyi yazıblar. Bir çoxları isə Renkanı tamaşaçıya Muradın tanıtdığını qeyd edib.

Baku.ws



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA