"Putin istəyir deyə Sakkaşviliyə Azərbaycanın qapılarının bağlanması yanlış olar"

img

30-04-2019 [12:56]


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putini tənqid edərkən deyib ki, Kreml sahibi bir sıra ölkələrə təzyiq edir. Ki, onu həmin ölkələrə buraxmasınlar və bu sırada Azərbaycanın da adını çəkib. 

Mia.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Mixail Saakaşvilinin bu söğzlərini şərh edib. O deyib ki, Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri ən yüksək inkişaf dövrünü yaşayıb: 

"Saakaşvili həmişə Azərbaycan haqqında ancaq müsbət fikirlər söyləyib. Saakaşvilinin dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi. Bütün bunlar indi yaşanır.

Mixail Saakaşvili prezidentlikdən getdikdən sonra da dəfələrlə Bakıda olub, müxtəlif konfranslarda iştirak edib, prezident İlham Əliyevlə görüşüb. Saakaşvilini xanımı da Bakıya gəlib, kitabının təqdimatını keçirib. Saakaşvili Putinin əsas düşmənlərindən sayılır. Ancaq Putin istəyir deyə Sakkaşviliyə Azərbaycanın qapılarının bağlanması da yanlış olardı. 

Kremlin Azərbaycanın daxili işlərinə qarışmağa, Bakıya kimi çağırıb, kimi çağırmamaq kimi "tövsiyyə” verməyə haqqı yoxdur. Torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən erməni rəsmilərin Mokskaya mütəmadi dəvətləri bizim də xoşumuza gəlmir. Ancaq bizdən kimsə buna görə Rusiyaya mesaj göndərmir ki, "onu qəbul etməyin”. Odur ki, Saakaşvili də rahatlıqla Bakıya gəlmək imkanına malik olmalıdır. Kremlin qanunsuz istəyini bir dəfə yerinə yetirsək, iştahının və növbəti "istəklərinin” sayı artacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA