Deputatlar toplanır - Daha 22 qanun dəyişəcək, general hesabat verəcək

img

29-04-2019 [10:01]


Milli Məclisin mayın 3-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

İclasın gündəliyinə 22 məsələ daxildir.

İclasda əvvəlcə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı təqdim olunacaq. Məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək.

Gündəliyə daxil olan digər məsələlərə isə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə", "Sığorta fəaliyyəti haqqında", "Dövlət rüsumu haqqında" və s. qanunlara, o cümlədən Mülki, Mənzil, Vergi, Gömrük, Su, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələr daxildir.

Deputatlar yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsinə də baxacaqlar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA