"Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır"

img

26-04-2019 [12:10]


"Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır".

Bunu "Report"un müxbirinin sualını cavablandırarkən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Mixail Şvıdkoy Sankt-Peterburqda deyib.

"Əlbəttə, Rusiya və beynəlxalq ictimaiyyət iki qonşu dövlət arasında sülh xarakterli müəyyən razılığa gətirib çıxara biləcək proseslərin başlanmasında maraqlıdır. Bu mənada iki ölkə xalqının bu prosesdə iştirak etməsini istərdik", - M.Şvıdkoy bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA