Zelenski Türkiyədə: "Uşaqları illik “Əyləncəli” festivala aparıram"

img

26-04-2019 [10:29]


Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski istirahət etmək üçün Türkiyəyə gedib.

Bunu o, "Facebook” səhifəsində yazıb.

"Aşkarlılıq olacağını razılaşdırmışıq. Deməli belə. Türkiyəyə uçuruq. Uşaqları illik "Əyləncəli” festivala aparıram. Son 4 ayda ilk istirahət”, - yeni Prezident yazıb.

V.Zelenski 2 gündən sonra Ukraynaya qayıdacağını bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukrayana keçirilən prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezidenti Petro Poroşenko isə 24,45 faiz səs toplayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA