21-04-2019 [18:37]
CHP lideri Kamal Kılıçdaroğlu bu gün ona edilən hücumla bağlı açıqlama verib.
Mia.az bildirir ki, o, bu hücumu Türkiyənin birliyinə edilən hücum kimi dəyərləndirib:
"Mənə edilən bu hücum Türkiyənin birliyinə və bərabərliyinə edilmiş bir hücumdur. 82 milyonu qucaqlayan bir partiya lideriyəm. Ayrıca heç kimsə unutmasın, heç kimsə. Mən Türkiyənin qurucusu olan CHP-nin sədriyəm...".
CHP lideri bu hadisə onu qorxuda bilməz, o, bir millimetr geri çəkilməyəcək:
"Onlar hesab edir ki, CHP-nin başqanı biz hücum etdikcə, geri addım atacaq. Bir millimetr də geri addım atmayacam. Bu ölkənin diriliyi, bütünlüyünü hamımız müdafiə edirik. Bu ölkənin bir balaca daşını belə bir nəfərə fəda etmərəm, vermərəm. Bu ölkə üçün canını verəcək birisi varsa, onun adı Kamal Kılıçdaroğludur".
CHP lideri bundan sonra da şəhid dəfnlərinə qatılacağını bildirib: "Şəhidlər bizimm şəhidlərimizdir. Onların ən uca ərtəbədə olduğunu hamımız bilirik. Ancaq mənim çəhid canazəsinə getməyimi istəmirlər. Düşünürlər ki, basqı quracağıq, təhdid edəcəyik, hücum edəcəyik ki, Kılıçdaroğlu qatılmasın. Qatılacağam, sonuna qədər qatılacağam. O şəhidlər 82 milyonun şəhididir.
***
Bu gün Ankarada şəhid dəfnində CHP lideri Kamal Kılıçdaroğluna hücum edənlərdən artıq 6 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara prokurorluğa Kılıçdaroğluna hucumla bağlı "Terror və mütəşəkkil hücum" maddəsi ilə cinayət işi açıb: "İstintaq hücum edənlərdən 6 nəfərinin şəxsiyyətini müəyyənləşdirib".
Bildirilib ki, onların hər biri həbs ediləcək.
Hadisənin baş verdiyi kəndin sakinləri isə hücum edənlərin bu kənddən deyil, kənardan gələnlərin olduğunu deyiblər: "Onlar bizim kənddən deyillər. Bu, təxribat idi. Bura bir şəhid evidir, şəhidə dua ediləcək, hörmət olunacaq. Yazıq deyilmi?".
CHP-li Levent Gök isə deyib ki, Kılıçdaroğlu hücumla bağlı açıqlama verəcək.
Məsələyə münasibət bildirən Ədliyyə naziri Abdulhəmid Gül Kılıçdaroğluna edilən hücumu kəskin pisləyib.
O bildirib ki, bu mənfur hücumdur, şiddətlə qınayır: "Şəxsinə "keçmiş olsun" deyirəm. Şiddətin heç bir halda demokratik siyasətə kölgə düşürməsinə imkan verməyəcəyik".
Hadisəyə Ərdoğanın sözçüsü İbrahim Kalın da reaksiya verib.
O, hücumu qınayıb və bildirib ki, gərəkli hüquqi addımlar atılır: "Keçmiş olsun!".
Xatırladaq ki, hadisənin baş verdiyi ərazidən CHP lideri təhlükəsizlik qüvvələrinin köməyi ilə zirehli maşında çıxarılıb.
***
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada şəhidin yas mərasimində gözlənilməz hücuma məruz qalıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfn mərasimində bir qrup CHP liderinə qarşı əvvəlcə şüarlar səsləndirib.
Daha sonra isə bir qrup Kılıçdaroğluna hücum çəkib və ona yumruq zərbələri endirilib.
Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib.
Hadisəyə polisdən dərhal reaksiya verilib. Polis ərazini mühasirəyə alıb, müvafiq tədbirlər həyata keçirib. Daha sonra o, evdən polisin müşaiyyəti ilə ayrılıb.
CHP liderinin səhhətində hər hansı bir problemin yaranmadığı bildirilir.
AKP-nin İstanbuldan seçilmiş deputatı Mustafa Yeneroğlu hücuma ilk reaksiya verənlərdən olub. O, baş verənləri şiddətlə qınadığını deyib: "Cənab Kılıçdaroğluna edilən hücumu şiddətlə qınayıram. Kədərli və qəzəbliyəm. Şiddət üslubunun küçələrə daşınması qəbul edilən deyil".
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR