Sədrləri vəfat edən partiyalar... - Onlarla bağlı hansı addım atılacaq?

img

17-04-2019 [15:37]


Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il üzrə maliyyə hesabatı verməyən 6 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək.

Bu barədə "Report”a MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib.

O bildirib ki, bu il 45 siyasi partiya MSK-ya hesabat verib: "Hesabat verməyən 10 siyasi partiyanın 6-sının sədri dünyasını dəyişib, partiya sədrlərini əvəz edən vəzifəli şəxs də yoxdur. Bu partiyaların fəaliyyətində hərəkətlilik olmadığına görə Nazirliyə müraciət edəcəyik. Amma hazırda proses yekunlaşmayıb”.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. MSK indiyədək maliyyə hesabatı verməyən heç bir partiya ilə bağlı Nazirliyə məlumat verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA