Həbsdə olan Fədayə Laçının FOTOSU YAYILDI

img

14-03-2019 [16:30]


Həbsdə olan müğənni Fədayə Laçının fotosu yayılıb.

Mia.az xəbər verir ki, hazırda Bakı Apellyasiya Məhkəməsində cinayət işi araşdırılan müğənninin məhkəmə zalında çəkilmiş fotosunu ONA əldə edib.

Qeyd edək ki, F. Laçın xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Laçın 5 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan müğənni Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Hazırda F. Laçın və onunla birlikdə həbs olunan digər şəxslərin apellyasiya şikayətinə baxılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA