Mehman Hüseynov azadlığa çıxır - Həbs müddəti başa çatır

img

27-02-2019 [18:52]


Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatır.

Mia.az trend.az-a istinadən məlumat verir ki, M.Hüseynov martın 2-də azadlığa buraxıla bilər.

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Dövlət ittihamçısı M.Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib, məhkəmə qısa məşvərətdən sonra onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA