70-ə yaxın diplomat cəbhə bölgəsinə getdi - XİN-dən açıqlama

img

27-02-2019 [11:35]


Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər.  

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, XİN-in təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaqdır: "İkigünlük səfərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.

Diplomatlar Ağdam rayonu və Naftalan şəhərində olacaqlar. 

Səfər zamanı xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən "Ağdam Xalçaçılıq” müəssisəsi, "Qarabağ Atçılıq” kompleksi, "Muğam Mərkəzi”, "Bayraq Muzeyi”, eləcə də "Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur".

Səfər fevralın 28-də başa çatacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA