Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşüb

img

26-02-2019 [16:49]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Mia.az XİN-ə istinadən bildirir ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub.

Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələlxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA