26-02-2019 [09:59]
"Hər bir siyasi məhbusun azadlığa çıxmaq şansları var”.
Mia.az xəbər verir ki, bunu İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Musavat.com-a diqqətçəkən açıqlama verib.
Hüquq müdafiəçisi bildirib ki, Novruz bayramı ərəfəsində imzalanacağı ehtimal olunan Əfv sərəncamı ilə bağlı ciddi gözləntilər var:
"Sərəncamda sensasiyalı adlar ola bilər. Ciddi gözləntilərimiz var. Hazırda çox gərgin iş gedir. Hamımız narahatlıqla əfvi gözləyirik. Hər bir siyasi məhbusun azadlığa çıxmaq şansları var. Bu dəfə çoxlu siyasi məhbus azad oluna bilər. Biz çox istəyirik ki, siyasilərin hamısı azadlığa çıxsın. Həbsxanada qalmaqdansa, əfv ərizəsi yazmaq daha yaxşıdır. Mən, hər halda, belə düşünürəm. Yazıb çıxsınlar. Mübarizəni həbsxanada deyil, azadlıqda aparsınlar.
Açığı, əfv ərizəsi yazmaqda pis bir şey görmürəm. Əfv ərizəsi yazmayanların yerinə axı biz bunu edirik. Biz yazanda xahiş edirik ki, əfv olunsunlar. Şübhəsiz ki, siyasi məhbusun özünün əfv ərizəsi yazmasının təsiri daha güclüdür. Bizim kriteriyamızla Azərbaycanda 128 nəfər siyasi məhbus yoxdur. Baxmayaraq ki, bəziləri bunu belə təqdim edirlər. Amma siyasi məhbusların olmadığını da demək doğru olmaz. Çalışmalıyıq ki, siyasi məhbuslar azadlığa çıxsınlar. Hansı adla olursa-olsun, bu məhbuslar azad olunmalıdırlar.
Azərbaycanda 50 nəfərin siyasi məhbus olduğunu demək olar. Bizim kriteriyalarla az adama siyasi məhbus demək olar. Hakimiyyət daxilində siyasi məhbusların olmasını istəyən qüvvələrin olduğu barədə fikirlər dolaşır. Bu barədə nəsə deyə bilmərəm.
Türkiyədə, Rusiyada və digər ölkələrdə də siyasi məhbuslar var. Bu gün Fransada yüzlərlə adamı həbs ediblər. Bizə qarşı olan təzyiqlər Fransa və digər ölkələrə edilmir. Hər kəs Azərbaycana qarşı aqressiv davranır. İnsan haqları adı altında da təzyiqlər olur. Onların əllərinə bəhanə verməmək üçün siyasi məhbus məsələsini həll edə bilərik. Hökumət mütləq buna getməlidir. Siyasi məhbuslar problemi tam həll olunmalıdır ki, Avropa Şurasında Qarabağla bağlı uca səslə qışqıra bilək, danışaq”.
N.Cəfəroğlu OMON-çularla da bağlı fikirlər səsləndirib. Bildirib ki, hüquq müdafiəçiləri onların məsələsini çoxdan qaldırıblar: "Onlar 20 ildən çoxdur ki, həbsdədirlər. Dövlətə heç bir ziyan gətirəsi deyillər. Qarabağ müharibəsində onlar döyüşüblər. Bu və ya digər amilləri onlarla bağlı nəzərə almaq lazımdır”.
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir