XİN: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir"

img

25-02-2019 [16:20]


 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş üçün hazırlıq işləri görülür.

"Report” xəbər verir ki, bunu brifinq zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib.

"Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir”, - deyən L.Abdullayeva bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri zamanı da müzakirə olunduğunu qeyd edib.

"Görüşün dəqiq yeri və tarixi hələlik təyin olunmayıb", - XİN sözçüsü bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA