25-02-2019 [12:40]
"Gənclər siyasəti Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsidir. Gənclərin hərtərəfli inkişafı üçün zəruri olan şəraitin yaradılması, bu baxımdan, dövlətin üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi məsələsi daim ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir”.
Mia.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün dövlət tərəfindən davamlı şəkildə fəaliyyətin həyata keçirilməsi, gənclərlə iş sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial infrastruktur yaradılması, gənclərin elmi və yaradıcılıq potensialının aşkara çıxarılması və inkişaf etdirilməsi, bu potensialın ölkənin sosial-iqtisadi inkişafı, dövlətin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artırılması, xalqın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsi istiqamətində ardıcıl tədbirlər görülməsi bu diqqətin göstəricisidir: "Hazırda Bakıda və rayonlarda yerləşən 40-a yaxın Gənclər Evi, demək olar ki, bütün rayonlarda fəaliyyət göstərən Olimpiya kompleksləri, yaradıcılıq mərkəzləri və s. gənclərin ixtiyarındadır. Gənclərin ictimai fəallığının artırılması, ölkənin ictimai həyatına onların daha yaxından cəlb edilməsi məqsədilə yaradılan və vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir. Ötən il Nizamnaməsində edilən dəyişikliklərlə fəaliyyət sahəsi və imkanları daha da genişləndirilən Gənclər Fondu gənclərin, xüsusilə aztəminatlı ailələrdən olan gənclərin təhsil almalarının, təhsillərini xaricdə davam etdirmələrinin dəstəklənməsi, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin işlə təmin olunması baxımından qarşılaşdıqları problemlərin həll edilməsi, gənclər arasında sahibkarlıq və özünüməşğulluğun təşviq edilməsi və dəstəklənməsi kimi bir sıra istiqamətlərdə təqdirəlayiq fəaliyyət həyata keçirir. Bütün bu fəaliyyətlər xalqımız tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir”.
Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, Prezident Azərbaycanın hər bir gəncini yüksək təhsilli, öz işinin peşəkarı olan, ictimai fəallığı ilə seçilən, elmi-yaradıcılıq potensialını reallaşdıran, ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər kimi görmək istəyir, bu keyfiyyətlərə malik olan bir vətəndaş kimi yetişməyi onun qarşısında əsas vəzifə olaraq qoyur: "Əminliyimi ifadə etmək istərdim ki, dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuş gənclərimiz Prezident İlham Əliyevin onların qarşısında qoyduğu bu vəzifələrin öhdəsindən gəlmək, onun rəhbərliyi altında Azərbaycanın daha parlaq gələcəyini təmin etmək iqtidarında və əzmindədirlər”.
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir