DİM-də Apellyasiya Komissiyası yaradılıb

img

25-02-2019 [10:12]


Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən Mia.az-a verilən məlumat görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apellyasiya Komissiyasına fevralın 25, 26, 27-də saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR